"Əl-Hilal", "Əl-Nəsr", "Əl-Əhli" və "Əl-İttihad" klublarına sahib olan Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) gələn yay "Barselona"nın hücumçusu Robert Levandovskini transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücumçuya super müqavilə təklif olunacağı gözlənilir. Lakin "Barselona" klubla hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatan polşalını düşərgədə saxlamağı planlaşdırır.
Qeyd edək ki, Levandovski bu mövsüm Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.