"Yuventus"un hücumçusu Duşan Vlahoviç uğurla əməliyyat olunub. Sport24.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunçunun üç-beş ay ərzində meydana qayıtması gözlənilir. Bu gündən isə Vlahoviç reabilitasiyaya başlayacaq.
Qeyd edək ki, serbiyalı futbolçu A Seriyasının 13-cü turunda "Kalyari"yə qarşı (2-1) oyunda sol ayağında əzələsini zədələyib. Daha sonra ona uzun vətər birləşməsinin yırtılması diaqnozu qoyulub.