Səudiyyə Ərəbistanının Peşəkar Liqasının rəhbərliyi "Liverpul"un hücumçusu Məhəmməd Salahın transferini maliyyələşdirməyə hazırdır. Sport24.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, misirli futbolçu "Liverpul"un son iki oyununda ehtiyatda qalıb. Bu səbəbdən ərəblər artıq Salahın "qırmızılar"dan ayrıla biləcəyini, yeni varinatları gözdən keçirdiyini düşünür.

 

Salah 2017-ci ildən İngiltərə təmsilçisinin formasını geyinir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Forvard cari mövsümdə bütün turnirlərdə 19 oyunda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, "Liverpul" hazırda 22 xalla Premyer Liqada doqquzuncu yerdədir.