Türkiyə kubokunun 2024/2025 mövsümü üçün final matçının yeri dəyişdirilib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Həlledici görüşün əvvəlcə Eskişehir Atatürk Stadionunda təşkil olunması planlaşdırılırdı. Lakin qarşılaşma Qaziantep Şəhər Stadionunda keçiriləcək.
Qeyd edək ki, Türkiyə Kubokunun finalında "Qalatasaray"la "Trabzonspor" üz-üzə gələcək. Görüş 15 may tarixində keçiriləcək.