"RB Leypsiq"in hücumçusu Timo Verner karyerasını MLS-də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabritsio Romano özünün "feysbuk" səhifəsində Tom Bogertə istinadən məlumat verib:
"Timo Verner "San-Xose Ertkveyks" komandasına qoşulur, müqavilə bağlanıb! Alman hücumçusu MLS-də yeni bir səhifə açmağa hazırdır. Verner Leypsiqdən ayrılır və bu gün şifahi razılaşma əldə edildikdən sonra yaxın günlərdə "San Xose" ilə müqavilə imzalayacaq".
Qeyd edək ki, Verner bu mövsüm "Leypsiq"də 3 oyun keçirib. O, əvvəllər icarə əsasında "Tottenhem"in də formasını geyinib.