"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Real"a rəhbərlik etmək üçün uyğun namizəd ola bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Klopp "Kral klubu"nda yüksək hörmətlə qarşılanır. İspaniya klubunun prezidenti Florentino Peres onun işi yüksək qiymətləndirir və alman mütəxəssisin Madridə gətirilməsi ideyasını həmişə dəstəkləyib.

 

Peresin Zinəddin Zidan haqqında da müsbət fikirdə olduğu, lakin sonuncunun artıq Fransa millisinin "sükanı arxasına" keşməyə razılıq verdiyi vurğulanır.

 

Qeyd edək ki, "Real" dünən Xabi Alonsonun istefasını və Alvaro Arbeloanın yeni baş məşqçi təyin olunmasını elan edib. İspaniyalı mütəxəssis 2025-ci ilin yayından komandaya rəhbərlik edirdi. Alonsonun rəhbərliyi altında "Real" bütün yarışlarda 34 oyun keçirib, 24 qələbə qazanıb, 4 heç-heçə edib və 6 dəfə məğlub olub.