"Əl Nəsr"in Brazilyalı qapıçısı Bento "Cenoa" klubuna transfer olacaq. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, İtaliya təmsilçisi futbolçunu 8,5 milyon avroluq satınalma opsiyonu ilə icarəyə götürəcək."

Qeyd edək ki, Bento 2024-ci ildən "Əl Nəsr"də çıxış edir. O, "Əl Nəsr"in heyətində bütün turnirlərdə 34 matçda 45 qol buraxıb. 10 matçda isə qapısını toxunulmaz saxlayıb.