"Real Madrid"in keçmiş hücumçusu və məşqçisi Xorxe Valdano Xabi Alonsonun klubdan ayrılması ilə bağlı şərh verib. Sport24.az bildirir ki, Madrid klubu baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv olunduğunu elan edib.

 

Baş məşqçi vəzifəsini Alvaro Arbeloa icra edəcək.

 

"Xabi Alonsonun vəziyyəti ilk gündən bəri mənə sabit görünmürdü. Heç vaxt klubun dəstəyini hiss etirdim və xüsusilə Milad bayramında Florentino Peres Xabinin adını çəkmədiyi bir çıxış edərkən mənə qəribə gəldi.

 

Komandada çoxlu zədəli var idi və əsas oyunçu çatışmırdı və hamımız bunun nə qədər vacib olduğunu bilirik. Bəzən bir oyunçu sistemi daha ahəngdar edə bilər və "Real Madrid"də bu cür oyunçu yoxdur.

 

Xabi müxtəlif yanaşmaları sınayıb, demək olmaz ki, sınamayıb. O, həmçinin çox sayda zədəli oyunçu ilə oynamaq məcburiyyətində qaldığı üçün çətinliklərlə üzləşib və bu, onun "Real Madrid"dəki dövrünün xüsusiyyətidir, baxmayaraq ki, o, ən yüksək səviyyədə qüsursuz bir tərcümeyi-halla gəlmişdi", - Valdano "Movistar"da bildirib.