"Real"ın keçmiş yarımmüdafiəçisi Quti komandanın baş məşqçisi Xabi Alonsonun vəzifəsindən kənarlaşdırılmasının səbəbi barədə danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Marca"ya açıqlama verib:
"Komandanın içində deyiləm və bu səbəbdən nə baş verdiyini deyə bilmərəm. Yalnız onu bilirəm ki, paltardəyişmə otağında oyunçular məşqçidən narazıdırlarsa, bu, məşqlərə və oyunlara təsir edir. Məncə, Xabinin mövsümün ortasında getməsinə səbəb məhz bu oldu, baxmayaraq ki, onun baş məqşçi kimi göstəriciləri yaxşı idi".
Qeyd edək ki, ispaniyalı mütəxəssis 2025-ci ilin yayından komandaya rəhbərlik edirdi. Alonsonun rəhbərliyi altında "Real" bütün yarışlarda 34 oyun keçirib, 24-də qalib gəlib, 4-də heç-heçə edib və 6-da məğlub olub.