AFFA Hesabat Konfransı keçirir. Sport24.az xəbər verir ki, tədbirdə AFFA-nın balansında olan stadionların, milli komandaların məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və yenidən bərpasına ayrılan vəsaitlər məlum olub.

 

Bununla bağlı qurumun ötən il üzrə hesabatında qeyd olunub.

 

Ümumi məbləğ 4 milyon 254 min 477 manat təşkil edib.

 

"Dalğa Arena" üçün 1 milyon 738 min 10 manat, Ağsu stadionuna 833 min 788 manat, Binə stadionuna 791 min 181 manat, "ASCO Arena"ya 328 min 477 manat, Milli Komandaların Məşq Mərkəzinə 303 min 42 manat, Şamaxı stadionuna 213 min 379 manat, Təhsil və Reabilitasiya Mərkəzinə 46 min 600 manat vəsait ayrılıb.