AFFA prezidenti Rövşən Nəcəf Peşəkar Futbol Liqasının ləğv olunacağına dair yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, o, bu barədə deyib:

 

"Peşəkar Futbol Liqası AFFA ilə müqavilə əsasında yarışları keçirən qurumdur. PFL-nin fəaliyyəti müqaviləsi əsasında davam edir. Bu müqavilənin şərtləri sonradan dəyişə bilər. Amma indiki halda bu, müzakirə olunmur".