Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bu gün bəlli olacaq. Sport24.az xəbər verir ki, ilk olaraq üçüncü yer uğrunda oyun keçiriləcək.

 

Saat 19:00-da "Aznur" "Sumqayıt"la üz-üzə gələcək.

 

Final matçı isə saat 20:30-da star götürəcək. Həlledici qarşılaşmada "Zirə" "Birbaşa Bakı" ilə münasibətlərə aydınlıq gətirəcək.

 

Hər iki görüş Bakı Tennis Akademiyasında reallaşacaq.