PSJ-nin vingeri Bredli Barkola uzun müddətə sıradan çıxıb. Sport24.az xəbər verir ki, bu barədə "Le Fiqaro" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, bir müddət əvvəl 23 yaşlı futbolçunun sağ topuğunda bağ zədəsi aldığı bildirilirdi. Və bu səbəbdən onun bir neçə həftə oynaya bilməyəcəyi gözlənilirdi. Lakin təkrar müayinə zamanı zədənin daha ciddi olduğu və əməliyyat tələb olunduğu ortaya çıxıb. Buna görə də Barkola mövsümün qalan hissəsini, eləcə də DÇ-2026-nı buraxacaq.

 

Qeyd edək ki, Barkola bu mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib.