"Çelsi"nin keçmiş yarımmüdafiəçisi Con Obi Mikel komandanın yarımmüdafiəçisi Enzo Fernandesi sərt tənqid edib. Buna səbəb argentinalının bu yaxınlarda "fürsət yaranarsa, karyeramı "Real"da davam etdirməyə hazıram" söyləməsi olub. Sport24.az "Madrid Universal"a istinadən xəbər verir ki, nigeriyalı veteran futbolçu Fernandesi London klubunun formasını geyinməyə layiq olmadığını bildirib:

 

"Bu, "Çelsi"dir, başqa komandaya keçid üçün tramplin deyil. Əgər ürəyin artıq Madriddədirsə, mavi formanı geyinməməlisən. Biz "Çelsi"də başqa yerə keçmək imkanı üçün deyil, sinəmizdə daşıdığımız loqo üçün oynadıq" nişan üçün oynadıq".

 

Qeyd edək ki, Obi Mikel 2006-cı ildən 2017-ci ilə qədər "Çelsi"də oynayıb. O, London klubunun heyətində iki dəfə Premyer Liqanın qalibi olmaqla yanaşı, dörd FA Kubokunu, Çempionlar Liqasını və Avropa Liqasını qazanıb.