Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına start verilib. Sport24.az xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra yarımfinala yüksələn iki komanda müəyyənləşib.
Doğma meydanda "Murov Az Terminal"ı qəbul edən "Turan" Tovuz Olimpiya İdman Kompleksində 3:0 hesablı qələbə qazanaraq növbəti raunda adlayıb.
Eyni hesab "DH Volley" - "Azərreyl" matçında da qeydə alınıb. Rəqibini üstələyə birincilər yarımfinala yüksələn növbəti kollektiv olub.
"Turan" və "DH Volley" ilk matçlarda da inamlı qələbə qazanmışdılar - 3:0.
Xatırladaq ki, 1/4 finalın digər oyunları aprelin 3-də reallaşacaq.