Bu gün Bizon AzərbYcan Kubokunda yarımfinal mərhələsinin oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Sumqayıtda keçiriləcək.
Stadion problemi ilə əlaqədar ev oyunlarını doğma bölgədən uzaqda keçirmək məcburiyyətində qalan "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək.
Qeyd edək ki, qarşılaşmanın start fiti saat 17:30-da səslənəcək.
Bizon Azərbaycan Kuboku
Yarımfinal, ilk oyun
17:30. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.