Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyun gününə "Tofiq Bəhramov"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" "Sabah"ı qəbul edir.

 

Son altı qarşılaşmanın statistikası Masazır təmsilçisinin üstünlüyündən xəbər verir. "Bayquşlar" bu müddətdə Ağdam klubuna məğlub olmayıb.

 

"Qarabağ"ın bu rəqib üzərində son qələbəsi 2024-cü ilin sentyabrına təsadüf edir. Həmin vaxt "köhlən atlar" Misli Premyer Liqasının oyununda 3:1 hesabı ilə qalib gəlmişdi. Bundan sonra çempionat çərçivəsində keçirilən ardıcıl üç görüş eyni hesabla — 1:1 nəticələnib.

 

Qeyd edək ki, komandalar ötən mövsüm ölkə kubokunun finalında da üz-üzə gəlib. Həmin matçda "Sabah" əlavə vaxtda 3:2 hesablı qələbə ilə tarixində ilk dəfə kuboka sahib çıxmışdı. Cari mövsümdə isə tərəflər arasında baş tutan oyunlarda Masazır klubu bir dəfə qalib gəlib (2:1), digər qarşılaşma isə 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Bizon Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

20:00. "Qarabağ" – "Sabah"

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.

VAR: Kamal Umudlu.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu