Ştutqartın hücumçusu Deniz Undav Bundesliqada mart ayının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Son bir ay ərzində Undav Bundesliqanın dörd oyununda iştirak edib, beş qol vurub və iki məhsuldar ötürmə edib.
Undav artıq ardıcıl altı oyunda qol vurub və Bundesliqanın ən sərrast futboluları arasında yalnız Harri Keyndən geri qalır.
Qeyd edək ki, 29 yaşlı Undav bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.