"Neftçi" bu gün Əbu-Dabi toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxacaq. Sport24.az xəbər verir ki, paytaxt klubu Misir təmsilçisi "Piramids"lə qarşılaşacaq.
"Pramids" hazırda Misir Premyer Liqasında 12 oyuna 27 xalla 2-ci pillədə qərarlaşıb. "Neftçi" isə 16 turdan sonra 20 xalla 8-cidir.
"Məhəmməd bin Zayed" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək
Qeyd edək ki, ilk sınaq matçında "Kayrat"a 3:0 hesabı ilə qalib gələn "Neftçi" yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin "Çenqdu Ronqçenq" klubu ilə üz-üzə gələcək.