Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emreli II Bundesliqanın XVIII turunda "Hannover"lə matçda iştirak edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Der Betze brentt" nəşri məlumat yayıb.

Hücumçunun zədədən sonra həftəsonu meydana çıxmaq ehtimalı var. Forvardın bu həftə kollektivlə məşqlərdə iştirak edə biləcəyi gözlənilir.

Emreli ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, "Kayzerslautern" - "Hannover" oyunu yanvarın 18-də keçiriləcək