Bu mövsüm UEFA Çempionlar Liqasının "adidas" şirkəti ilə tərəfdaşlığının 25-ci ildönümünü qeyd olunur. Sport24.az xəbər verir ki, bu münasibətlə məşhur idman geyimləri istehsalçısı xüsusi bir top hazırlayıb.

 

Yeni top belə təsvir olunur:

 

"Üzərində FINALE 1 yazılmış top, 25-ci ildönümü münasibətilə qara rəngdən bənövşəyi rəngə hamar şəkildə keçid edən müasir rəng dəyişdirmə effektinə malikdir".

 

Qeyd edək ki, yeni versiya toplar, yanvarın sonlarında keçiriləcək Çempionlar Liqasının 7-ci və 8-ci turlarında istifadə olunacaq.