"Mançester Siti"nin sabiq yarımmüdafiəçisi Kevin de Bruynenin adı Belçikadakı Şöhrət Zalına daxil edilib. Sport24.az xəbər verir ki, bu barədə "Het Laatste Nieuws" məlumat yayıb.

Mükafatlandırma mərasimində sabiq komanda yoldaşı Erlinq Haaland ona video mesaj göndərilib. Norveçli hücumçu De Bruyneni təbrik edərək bildirib:

 

"Şöhrət Zalına daxil olmağın münasibətilə səni təbrik edirəm. Bu, çox böyük bir uğurdur və bununla fəxr etməlisən. Sən buna tam layiqsən. Sənsiz Mançesterdə çox darıxıram, birlikdə çox gözəl vaxt keçirmişdik və ümid edirəm ki, tezliklə yenidən görüşərik."

Qeyd edək ki, Yayda "Napoli"yə transfer olunan 34 yaşlı futbolçu "Mançester Siti"də keçirdiyi uğurlu 10 illik dövrlə klub tarixinin ən böyük oyunçularından biri kimi yadda qalıb. De Bruyne bu müddət ərzində 6 dəfə Premyer Liqa çempionluğu yaşayıb və Çempionlar Liqasını qazanıb.