Futzal üzrə Azərbaycan millisinin yanvarın 22-si və 24-də Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı dəqiqləşib. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

 

İlk görüş yanvarın 22-də, saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunan ikinci qarşılaşmanın start fiti isə 16:00-da səslənəcək. 

 

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.