Norveçdə "İlin İdmançısı" seçimi narazılıq doğurub. Sport24.az xəbər verir ki, Skandinaviya ölkəsində xizəkçi Yohannes Klebonun bu ada daha çox layiq olduğunu düşünürlər.

 

Klebo 2025-ci Trondheimdə keçirilən dünya çempionatında 6 qızıl medal qazanmaqla yanaşı, Dünya Kubokunun qalibi olub. "İlin idmançısı" isə "Mançester Siti"nin futbolçusu Erlinq Haaland olub. 

 

Məsələ ilə bağlı NRK-yə danışan Norveç Xizək Assosiasiyasının prezidenti Tuve Moe Djurhauq bunları söyləyib: "Özümüzdən soruşmalıyıq ki, Yohannes mükafatı almaq üçün daha nə etməli idi?

 

Keçmiş xizəkçi Pol Qolberq isə seşimi şübhəli adlandırıb:

 

"Klebonun dünya çempionatında qazandığı nailiyyətləri nəzərə alsaq, bu, düzgün seçim deyil. O, mümkün altı qızıl medaldan altısını qazanıb. Haalandın layiqli qalib olduğunu demək tamamilə mümkündür, lakin eyni zamanda, Klebonun mükafata layiq görülməməsi şübhəlidir".

 

Qeyd edək ki, səsverməyə əsasən Norveç millisinin hücumçusu karyerası ərzində 5-ci dəfə ölkəsində "İlin İdmançısı" mükafatının qalibi olub.