Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun növbəti qarşılaşması keçiriləcək. Sport24.az xəbər verir ki, "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər.
Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da başlayacaq.
Qeyd edək ki, turun açılış matçında "Ordu" "Azərreyl"i 3:1 (16:25, 23:25, 25:16, 22:25) hesabı ilə məğlub edib.