"Bornmut"un baş məşqçisi Andoni İraola "Mançester Yunayted"in maraq dairəsindədir. Sport24.az xəbər verir ki, ispan mütəxəssis "qırmızı şeytanlar"ın baş məşqçi postuna namizədlər siyahısında ilk pillələrdə yer alır. İdarə heyəti müvəqqəti menecer Maykl Kerrikin müqavilə müddətinin artırılmasını planlaşdırmır.

 

Bu mənada, onlar İraola ilə danışığa keçmək niyyətindədir. Onunla maraqlanan yeganə komanda "Mançester Yunayted" deyil. Belə ki, "Tottenhem", "Kristal Pelas"ın da istədiyi məşqçilər siyahısındadır.

 

43 yaşlı mütəxəssis AEK(Larnaka), "Mirandes", "Rayo Valyekano" klublarında işlədikdən sonra 3 il öncə "Bornmut"la anlaşmışdı. Onun İngiltərə klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.