AFFA Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlayıb. Sport24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Turan Tovuz" klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilib.

 

Azərbaycan kubokunda 1/4 finalın ilk görüşü "Turan Tovuz" – "Kəpəz" oyununun 64-cü dəqiqəsində "Turan Tovuz" komandasının baş məşqçisi Kurban Berdiyev hakimi itələdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyuna buraxılmaması və "Turan Tovuz" komandasının 10000 manat cərimə edilməsi barədə İntizam Komitəsinin 11 fevral 2026-cı il tarixli qərarı ləğv edilib.

 

Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2-ci maddəsinə uyğun olaraq "Turan Tovuz" komandasının baş məşqçisi Kurban Berdiyevin əməlləri İntizam Məcəlləsinin 53.1-ci maddəsi ilə tövsif edilib və Kurban Berdiyevin cəzası 3 oyuna endirilib. "Turan Tovuz" klubuna isə 6000 manat cərimə cəzası tətbiq edilib.

 

Apellyasiya şikayətinin qalan hissəsi isə təmin edilməyib.