"Qarabağ"ın futbolçusu Emanuel Addai karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 24 yaşlı hücumçunun yay "transfer pəncərəsi"ndə "Konyaspor"a keçmək ehtimalı var.
Qanalı forvard agentlər vasitəsilə Super Liqa təmsilçisinə təklif olunub. Addainin "Qarabağ"la müqaviləsinin bu yay başa çatması "Konyaspor"un transfer prosesində işinə yaraya bilər.
Əgər keçid baş tutsa, bu, "Qarabağ"dan "Konyaspor"a transfer olunan ilk futbolçu olmayacaq. Belə ki, 2024-cü ildə Hamidu Keyta Ağdam klubuyla müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edərək Türkiyə təmsilçisinə qoşulmuşdu.
Qeyd edək ki, Emanuel Addai 2024-cü ilin yayında "Qarabağ"ın heyətinə cəlb edilib.