"Sportinq"in 25 yaşlı hücumçusu Viktor Qyokereşlə maraqlanan "Arsenal" və "Çelsi" onun transferini reallaşdırmaq üçün 100 milyon avro ödəməli olacaq. Sport24.az "Sky Sports"-a istinadən xəbər verir ki, Portuqaliya klubu futbolçusunu bundan ucuz satmaq fikrində deyil. 

 

Qyokereş bu mövsüm bütün turnirlərdə 40 matçda iştirak edib, 36 qol vurub, 14 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

 

Qeyd edək ki, Qyokereş ötən yay İngiltərənin "Koventri" klubundan "Sportinq"ə keçib. Onun transfer məbləği 21 milyon avro olub.