Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov postundan ayrılıb. Sport24.az xəbər verir ki, bu bardə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
51 yaşlı mütəxəssis 2023-cü ildən milli komandanı çalışdırırdı. Onun rəhbərliyi altında ukraynalılar 2024-cü il Avropa Çempionatında iştirak ediblər və qrup mərhələsini keçə bilməyiblər.
Rebrov karyerasının əvvəlində "Əl-Əyn", "Ferensvaroş", "Əl-Əhli" və Kiyev "Dinamo"sunun "sükanı arxasında" olub.
Qeyd edək ki, Ukrayna millisi bu yay ABŞ, Meksika və Kanadada keçiriləcək 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. Pley-off mərhələsində Rebrovun komandası İsveçə 3-1 hesabı ilə məğlub olub.