Bu gün I Liqada 23-cü tura start veriləcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.

 

Lider Binədə MOİK-lə, "Cəbrayıl" Şamaxıda "Mingəçevir"lə, "Zaqatala" isə "doğma divarlar" arasında "Şahdağ Qusar"la qarşılaşacaq.

 

Qeyd edək ki, turun digər 2 görüşü - "Şimal" – "Bakı Sportinq" və "Difai" – "Səbail" matçları sabah baş tutacaq.

 

22 aprel (çərşənbə)

16:00. "Şəfa" – MOİK
Binə qəsəbə stadionu  

16:00. "Cəbrayıl" – "Mingəçevir"
Şamaxı OİK stadionu

16:00. "Zaqatala" – "Şahdağ Qusar" 
Zaqatala OİK stadionu