"Arsenal"ın sabiqbaş məşqçisi Arsen Venger keçmiş komandasının bu mövsüm İngiltərə Premyer Liqasını qazanacağına əminliyini bildirib. Sport24.az xəbər verir ki, fransız mütəxəssis bu barədə "Goal" portalına açıqlama verib:

 

"Düşünürəm ki, "Arsenal" Premyer Liqanı qazanacaq. Mən buna həqiqətən inanıram - bu, çox məntiqli görünür. Eze, Odegaad, Havertz və Maduekenin hücumda oyunlarını bəyənirəm. Böyük ehtimalla, "Mançester Siti" qalan turlarda xal itirəcək".

 

Qeyd edək ki, hazırda "topçular" Premyer Liqada liderdilər. London təmsilçisi son turda  "Mançester Siti"yə 1:2 hesabı ilə uduzub. İkinci pillədə qərarlaşan "şəhərlilər" liderdən 3 xal geri qalsa da, bir oyun az keçiriblər.