"Bavariya"nın baş məşqçisi Vinsent Kompani qarşıdan gələn dünya çempionatında şərhçi kimi çalışacağı ilə bağlı şayiələri təkzib edib. Sport24.az xəbər verir ki, belçikalı mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib:
"Ola bilməz! Niyə tətildə bunu edim? Onda gələn il Münhendə ailəsiz qalacam (gülür). Heç bir şans yoxdur".
Qeyd edək ki, bir neçə gün öncə mətbuatda bir neçə ingilis televiziya kanalının "Mançester Siti"nin keçmiş müdafiəçisinə bu yay keçiriləcək mundialda şərhçi və ekspert kimi işləməyi təklif etdiyi ilə bağlı xəbərlər yayılmışdı.