"Kəpəz" futbolçusu Fərid Nəbiyevlə yeni müqavilə imzalamaq niyyətindədir. Sport24.az-ın klubdakı mənbədən əldə etdiyi məlumata görə, rəhbərlik 26 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyir və ona yeni sözləşmə təklif etməyə hazırlaşır.
Daha əvvəl Çexiyada legioner həyatı yaşamış oyunçu isə hələ qərar verməyə tələsmir. Nəbiyev ölkə daxilindən gələcək digər təklifləri də nəzərdən keçirməyi planlaşdırır. O, mövsümün sonunda karyerası ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Fərid Nəbiyev mövsümün əvvəlində "Kəpəz"lə bir illik müqavilə imzalayıb. O, cari mövsüm Premyer Liqada keçirilən 28 oyunun hamısında iştirak edib və 4 qol vurub.