Türkiyənin 6 klubuna FİFA trəfindən transfer qadağası qoyulub. Sport24.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu klublardan biri olan "Hatayspor" Azərbaycan millisinin futbolçusu Renat Dadaşova görə cəzalandırılıb.

 

Renat Dadaşov ötən mövsüm icarə əsasında Superliqa klubunda çıxış edib. Xəbərdə "Hatayspor"un Renatın transferində öhdəliklərini yerinə yetirmədiyinə görə iki mövsümlük transfer qadağası ilə üzləşdiyi bildirilib.

 

Klub İdman Arbitraj Məhkəməsinə müraciət edəndən sonra müsbət cavab alınsa, məsələ həll olunacaq. 

 

Türkiyə klublarından "Adana Demirspor" (2), "Antalyaspor" (2), "Eyüpspor" (3), "Kayserispor" (3) və "Samsunspor" (2) da transferi qadağası ilə üzləşib.

 

Qeyd edək ki, hazırda Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"də çıxış edən Renat Dadaşov 2023/2024 mövsümündə Hatay klubunun heyətində 31 oyunda 6 qol vurub.