"Real" Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika" ilə ilk oyununda hücumçu Vinisius Juniora qarşı yönəlmiş irqçi təhqirlərlə bağlı UEFA-ya dəlillər təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

 

xatırladaq ki, Lissabonda keçirilən oyun Madrid klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qol vurduqdan sonra Vinisius hakimə yaxınlaşaraq "Benfika"nın vingeri Canluka Prestianninin ona qarşı yönəlmiş irqçi təhqirdən şikayət edib. İrqçiliyə qarşı protokola uyğun olaraq, oyun dayandırılıb və 10 dəqiqə sonra davam etdirilib.

 

"Real" bu gün çərşənbə axşamı yaşananlarla bağlı dəlilləri UEFA-ya təqdim edib.