Ötən mövsüm ən çox meydanda olan futbolçuların reytinq cədvəli açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.

 

"Real"ın yarımmüdafiəçisi Federiko Valverde 6000 dəqiqə həddini keçərək dünya rekorduna imza atıb. Federiko "Real" və Uruqvay millisinin heyətində 72 matçda 6116 dəqiqə meydanda olub. 

 

İkinci yerdə 5796 dəqiqə ilə "Mançester Yunayted"in və Portuqaliya yığmasının yarımmüdafiəçisi Bruno Fernandes qərarlaşıb. İlk "üçlüyü"ü isə "Milan"ın və Fransa yığmasının qapıçısı Mayk Maynyan (5,624) tamamlayıb.