RB Leypsiq "Hoffenhaym"ın hücumçusu Fisnik Asllani ilə ortaq məxərəcə gəlib. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, bu keçid "öküzlər"ə ümumilikdə 30 milyon avroya başa gələcək.
Qeyd edək ki, 23 yaşlı Asllani ötən mövsüm bütün turnirlərdə 35 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.