Fransa millisinin keçmiş baş məşqçisi Didye Deşam "Əl-Əhli" ilə danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə,57 yaşlı fransız mütəxəssisin "sükan arxasına" keçib-keçməyəcəyi klubun məxsus olduğu fondun rəhbərliyin qərarından asılı olacaq.
Qeyd edək ki, Deşam DÇ-2026-dan sonra 14 il çalışdığı Fransa millisindən ayrılıb. O, məşqçi karyerası ərzində klub səviyyəsində "Marsel", "Monako" və "Yuventus"u çalışdırıb.