Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonu sıradan çıxıb. Sport24.az xəbər verir ki, örtüyün istənilən səviyyədə olmaması ev oyunlarını bu arenada keçirən "Sumqayıt" üçün problem yarada bilər.

 

Ot örtüyü ilə bağlı yaşanan xoşagəlməz vəziyyət klub rəhbərliyini də narahat edir. Məsələ ilə əlaqədar Sport24.az-a açıqlama verən "kimyaçılar"ın mətbuat katibi Zaur Xudiyev yaxın günlərdə durumla bağlı yekun qərar veriləcəyini bildirib:

 

"Komandanın Qəbələ toplanışı başa çatdıqdan sonra arenaya yenidən baxış keçiriləcək. Məhz bundan sonra çempionatın ilk qarşılaşmasının orda keçirilib-keçirilməyəcəyi məlum olacaq. Ot örtüyü istənilən səviyyədə olmasa "Neftçi" ilə matç "SOCAR Polymer Arena"da və ya rəqibin ev oyunlarını keçirdiyi  "Palms Sports Arena"da baş tutacaq.

 

Qeyd edək ki, "Sumqayıt" avqustun 14-də start götürəcək Premyer Liqanın ilk turunda "Neftçi" ilə üz-üzə gələcək.