Fransa millisinin keçmiş yarımmüdafiəçisi Nabil Fekir Səudiyyə Ərəbistanın təmsilçisi "Abha"ya keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçu Səudiyyə Ərəbistanın Pro Liqasının debütantına azad agent statusu ilə qoşulub. Tərəflər arasında müqavilənin şərtləri açıqlanmayıb.
33 yaşlı Fekirin son klubu BƏƏ-nin "Əl-Cəzirə" klubu olub. Avropada o, "Lion" (2013-19) və "Betis" (2019-24) klublarında oynayıb.
Qeyd edək ki, yarımmüdafiəçi Fransa millisində 25 oyun keçirib, iki qol vurub. O, həmçinin yığma komandanın heyətində 2018-ci ildə dünya çempionatının qalibi olub.