Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro komanda ətrafındakı vəziyyətdən danışıb. Sport24.az xəbər verir ki, o, bu barədə "championat.uz" portalına açıqlama verib.

 

"Bəlkə də əcnəbi məşqçi olduğum üçün kimsə komanda və daxildəki vəziyyət barədə çoxlu yalan məlumat yayırdı. Düşərgədəki qaydaları mən hazırlamamışam. Bunlar Avropa standartlarıdır. Niyə yalan məlumat yaydıqlarını başa düşmürəm. Əvvəlki yerli məşqçi yaxşı nəticələr əldə edib. Amma bu, məni tənqid etmək üçün səbəb ola bilməz. Bu məsələyə aydınlıq gətirmək mümkün deyildi. Bəlkə də milli komandada "siçovul" olduğu üçün çoxlu yalan məlumat yayılır".

 

Qeyd edək ki, 52 yaşlı Kannavaro 2025-ci ilin oktyabrından Özbəkistan millisinə rəhbərlik edir. DÇ-2026-da Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikasının yer aldğı qrupda Özbəkistan sonuncu olub.