"Real" Vinisius Juniorla yeni müqavilə ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Ramon Alvare de Mon sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər 26 yaşlı braziliyalı futbolçunun müqaviləsini uzatmaq barədə razılığa gəliblər. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.

 

Daha əvvəl Vinisiusun "Real"ın 22 milyon avro dəyərində yeni müqavilə təklifini rədd etdiyi bildirilirdi. Daha sonra Madrid klubunun təklifini yaxşılaşdırdığı barədə məlumatlar ortaya çıxdı. London "Arsenal"ı isə yaranmış vəziyyətdən istifadə edərək braziliyalını transfer etmək istəyir.

 

Qeyd edək ki, Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 53 oyun keçirib, 22 qol vurub və 14 məhsuldar ötürmə edib.