Konqo DR millisinin müdafiəçisi və kapitanı Şansel Mbemba karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. "Lill"dən ayrılan 31 yaşlı afrikalı futbolçu "Əl-Diriyah"la müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Mbemba sosial şəbəkə hesabında paylaşım edib.

 

"Transfermarkt" portalı oyunçunun dəyərini 2 milyon avro olaraq qiymətləndirir.

 

Qeyd edək ki, Mbemba ötən mövsüm "Lill"in heyətində bütün turnirlərdə 21 oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb. DÇ-2026-da isə o, 4 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib.