"Flamenqo" Madrid "Atletiko"sunun və Argentina millisinin yarımmüdafiəçisi Tiaqo Almadanın transferi uğrunda mübarizəyə qoşulub. Sport24.az xəbər verir ki, bu barədə "SuperDepor.com" saytı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Braziliya klubu 30 milyon avroluq təklif irəli sürüb və 25 yaşlı argentinalı ilə 2030-cu ilə qədər müqavilə imzalamağa hazırdır. "Atletiko"nun da bu təklifdən razı qaldığı bildirilir.

 

Lakin oyunçunun özü şəxsi müqavilə şərtləri ilə bağlı razılığa gəldiyi "River Pleyt"ə üstünlük verir. 

 

Qeyd edək ki, Almadanın "Atletiko" ilə hazırkı müqaviləsi 2030-cu ilə qədərdir.