UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Dinamo" (Kiyev) oyunun biletləri satışa çıxarılır. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu tribunadan canlı izləmək istəyənlər bu gün saat 12:00-dan etibarən bilet əldə edə bilərlər.
Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN olacaq. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkün olacaq. Onlayn alış zamanı çətinlik yaranarsa, azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK Fan Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Stadiona giriş yalnız etibarlı QR kodlu biletlə mümkün olacaq.
Qeyd edək ki, oyun 13 avqust, saat 20:00-da başlayacaq.