Azərbaycan millisinin sabiq futbolçusu Şəhriyar Əliyev daha iki klubun təklifini geri çevirib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, I Liqa təmsilçiləri "Karvan-Yevlax" və "Gəncəbasar" (əvvəlki "Cəbrayıl") 33 yaşlı müdafiəçini heyətinə qatmaq istəyib.
Lakin təcrübəli futbolçu hər iki təklifə mənfi cavab verib. Şəhriyar Əliyev daha əvvəl Premyer Liqa təmsilçisi "Kəpəz"in təklifini də qəbul etməmişdi.
Qeyd edək ki, millimizin sabiq üzvü son olaraq 2022-ci ildən "Turan Tovuz"un formasını geyinib və komandanın kapitanı olub. Hazırda isə yeni klub axtarışlarını davam etdirir.