Niderlandlı mütəxəssis Mario Pusiç "Əl-Əhli"nin yeni baş məşqçisi olub. Sport24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

 

Pusiç məşqçi karyerası ərzində Donetsk "Şaxtyor"u, "Tvente" və "Əl-Cəzirə"nin "sükanı arxasında" olub. O, karyerası ərzində dörd kubok qazanıb: Ukrayna çempionatı (2023/24), Ukrayna kuboku (2023/24, 2024/25) və Niderland birinci divizionu (2018/19).

 

Qeyd edək ki, "Əh-Əhli"nin sabiq baş məşqçisi bir neçə gün öncə "Nyukasl" ilə müqavilə bağlayıb.