Polşa çempionatında XXV turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rahil Məmmədovun çıxış etdiyi LKS bu turda evdə "Rakuv"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Məmmədov start heyətdə meydana çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, LKS hazırda 17 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb