"Mançester Yunayted" Rafael Varanın mövsümün sonunda klubdan ayrılacağını rəsmən açıqlayıb. Sport24.az xəbər verir ki, Mançester təmsilçisi fransalının müqavilə müddətini artırmayacaq.

 

"Qırmızı şeytanlar"ın rəhbərliyi fransalının performansından narazı olduğu üçün bu addımı atıb.

 

Qeyd edək ki, Varan 2021-ci ilin avqustunda "Mançester Yunayted"ə keçib. 93 matçda meydana çıxan müdafiəçi 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı müdafiəçi karyerası ərzində "Lans" və "Real"da da oynayıb.